“AzTruck” ağır tonnajlı yüklərin ölçülməsi üçün nəzərdə tutulmuş,tamamı yerli və milli olaraq öz proqramçılarımız tərəfindən hazırlanmışdır. “AzTruck” proqramı avtomobil, qatar kimi nəqliyyat növlərini hərəkətli və ya dayanmış vəziyyətdə olmaqla, hissə-hissə və ya tam şəkildə ölçmək bacarığına sahibdir. Maksimum və ya minimum kütlə ölçü limiti olmayan “AzTruck” proqramı, bir çox şirkətlərin istehsal etdiyi İndiqator (tərəzi ekrani, göstərici) modeli ilə xəbərləşə bilmə qabiliyyətinə sahibdir. “AzTruck” proqramı aşağıdakı səhifələrdən ibarətdir.
“AzTruck” proqramının açılış pəncərəsində
- Proqram təminatının adı
- Şirkətin və proqram təminatının loqoları
- Proqram təminatının aktivləşdirmə nömrəsi
- Proqram təminatının aid olduğu cihazın imei nömrəsi
- Proqram təminatının versiya nömrəsi
- Proqram təminatının platforma adı
- Proqram təminatının İstehsalçı şirkətin adı
- Proqram təminatı məhsulunun növü
- Proqram təminatı məhsulun adı kimi məlumatlar əks olunur.
“AzTruck” proqramının ikinci açılış pəncərəsi “İstifadəçi girişi” pəncərəsidir. Bu pəncərə vasitəsilə proqrama
- “İstifadəçi”
- “Admin”
olaraq daxil olmaq mümkündür. “Admin” girişi zamanı yeni “İstifadəçi”nin yaradılması, “İstifadəçi”nin proqramdan sildiyi və ya düzəliş etdiyi məlumatları görmək mümkündür. İstifadəçi sayının yaradılmasında məhdudiyyət yoxdur və Admin istədiyi sayda istifadəçi daxil edə bilər. Admin girişi yalnız 1 sayda mümkündür. “İstifadəçi” girişi vasitəsi ilə, proqram açılır.
“AzTruck” proqramının əsas ekran (Ana ekran) hissəsi, tartımı (ölçümü) tam baş tutmuş məlumatları əks etdirir.
- Üst menunun “Çəki” bölməsi vasitəsilə, proqramın “Mədaxil”, “Məxaric”, “Net” pəncərələri seçilir.
- Üst menunun “Hesabat” bölməsi vasitəsilə, “Summ” cəm hesabatları, “GroupSumm” qruplaşdırılmış cəm hesabatları, “GroupSummKm” avtomobillərin cəmləşdirilmiş km(kilometr) məsafə hesabatları pəncərələri seçilir.
- Proqrama daxil olunan məlumatları geniş analiz edə bilmək üçün, daxiletmə zamanı ölçüləcək yükün “Mədaxil” və ya “Məxaric” olaraq seçilməsini təklif edir.
“AzTruck” proqramında “Çəki-1” təyin etmək məqsədilə
- şirkətə daxil olan məhsullar üçün “MƏDAXİL(Çəki-1)”
- şirkətdən gedən məhsullar üçün isə “MƏXARİC(Çəki-1)” bölmələri seçilir.
Açılan pəncərədən daha əvvəl daxil edilmiş
- CODU hissəsindən avtomobil üçün təyin edilmiş 4 simvollu qısa kod
- Yükün adı
- Müştəri adı
- Göndərən kimi məlumatlar seçilir, əgər qırmızı hissədə göstərilən rəqəm “0” dan böyükdürsə, o zaman “OK” duyməsi aktivləşir və “ÇƏKİ-1” qeydə alınır. Yeni məlumat daxil etmək üçün aidiyyatı adların kənarında “...” düymələri seçilir. Qırmızı rəngli xanada real çəki, sağ tərəfində isə bağlı olduğu ölçmə cihazının (indigator) xəbərləşmə tənzimləmələrinə keçid mövcuddur.
“AzTruck” proqramının “NET(Çəki-2)” bölməsi seçilən zaman açılan pəncərənin sağ aşağı künc hissəsində 1 dəfə çəkilmiş(Çəki-1), 2-ci çəki üçün gələcək avtomobillərin siyahısı görünür. Lazım olan məlumat seçildikdən sonra “<<<-DEYİSH” düyməsi sıxılır, məlumatlar Sol hissədəki uyğun xanalara köçürülür. “OK” düyməsi sıxılaraq əməliyyat sonlandırılır.
Tartım tamamlandıqdan sonra məlumatları tam əks etdirən qaimə səhifəsi görünür. “ÇAP ET” düyməsi sıxılaraq, qaimə çap olunur. Həmçinin “Ana Səhifə” də də, istənilən tamamlanmış tartımın üzərinə klik edilərək, “print” (üzərində printer rəsmi təsvir olunan düymə) düyməsi sıxılır, seçilmiş məlumat üçün qaimə səhifəsi əks olunur, “ÇAP ET” düyməsi sıxılaraq, qaimə çap olunur.
“AzTruck” proqramının “SUMM” bölməsi (“MəlumatBazası”) daxil edilən məlumatları geniş çeşidlənə bilmə imkanları ilə, cəmlənməsi üçün nəzərdə tutulmuşdur. Səhifədən istifadə edərək istənilən sütunu ləğv və ya bərpa etmək, məlumatları tarix, saat, yükün adı, müştəri, göndərən, DNN kimi seçimlər edərək sıralamaq, istənilən 1 gün üçün və seçilmiş tarixlər aralığında məlumatların çeşidlənməsi, yalnız seçilmiş DNN, AvtoSahibi, Göndərən, Müştəri, YükünAdı, Hesabat kimi daxil olunanlara uyğun məlumatların çeşidlənməsi mümkündür. Çeşidlənmiş məlumatları “Excel” proqramına transfer etmek üçün “ÇAP ET” düyməsi sıxılır. “PH.Qaimə” düyməsi seçilmiş məlumat üçün fotoşəkilli qaimə çap etmək üçün nəzərdə tutulmuşdur. Səhifənin alt hissəsində çeşidlənmiş məlumatların cəmi net çəkisi, məlumatların sayı, avtomobillərin cəmi ,km məlumatları əks olunur.
“AzTruck” proqramının “GroupSumm” bölməsi cəm məlumatları qruplaşdırılmış şəkildə təqdim etmək üçün nəzərdə tutulmuşdur. Avtomobillərin seçilmiş çeşidləmə növlərinə uyğun olaraq, daşıdığı yük, getdiyi yol və səfər sayı səhifənin alt hissəsində əks olunur.
“AzTruck” proqramının “YeniElaveEt” bölməsi “Medaxil/Mexaric” səhifəsində təqdim olunan məlumatların daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Səhifənin “Göndərən” bölməsindən materialı göndərən şirkətin və ya şəxsin adı qeyd olunur, daşımanı edən avtomobillərin hansı şirkətə və ya şəxsə aid olduğunu göstərmək üçün, “AvtoSahib” bölməsindən avtomobil sahiblərinin adı qeyd olunur. Tərəzidə çəkilən bütün yük növləri proqramın “Yuk” bölməsindən daxil edilir. Proqramın “Müştəri” bölməsindən, yükü qəbul edəcək tərəfin adı və yükün gedəcəyi (və ya gəldiyi) sahəyə qədər olan məsafə daxil edilir. Yeni məlumat daxil etmək üçün “Yeni”, məlumatları silmək üçün isə “Sil” düyməsindən istifadə edilir.
“AzTruck” proqramının “Yeni” üst menusunun “Müştəri” bölməsi “Medaxil/Mexaric” səhifəsində təqdim olunan məlumatların daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Proqramın “Müştəri” bölməsindən, yükü qəbul edəcək tərəfin adı və yükün gedəcəyi (və ya gəldiyi) sahəyə qədər olan məsafə daxil edilir.
- Yeni məlumat daxil etmək üçün “Yeni”
- Məlumatları redaktə etmək üçün isə “Dəyiş”
- Məlumatları silmək üçün isə “Sil”
- Yeni və redaktə edilmiş məlumatları təsdiq etmək üçün “OK”
- Yeni və redaktə edilmiş məlumatları ləğv etmək üçün “İmtina”
- Daxil edilmiş məlumatların doğruluğunu yoxlamaq üçün “Yenilə”
- Sehifəni bağlamaq üçün “Çıxış” düymələrindən istifadə edilir.
“AzTruck” proqramının “Yeni” üst menusunun “Yük” bölməsi “Medaxil/Mexaric” səhifəsində təqdim olunan məlumatların daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Programın “Yük” bölməsindən, qəbul edilən və ya göndərilən yükün adı daxil edilir.
- Yeni məlumat daxil etmək üçün “Yeni”
- Məlumatları redaktə etmək üçün isə “Dəyiş”
- Məlumatları silmək üçün isə “Sil”
- Yeni və redaktə edilmiş məlumatları təsdiq etmək üçün “OK”
- Yeni və redaktə edilmiş məlumatları ləğv etmək üçün “İmtina”
- Daxil edilmiş məlumatların doğruluğunu yoxlamaq üçün “Yenilə”
- Səhifəni bağlamaq üçün “Çıxış” düymələrindən istifadə edilir.
“AzTruck” programının “Yeni” üst menusunun “Göndərən” bölməsi “Medaxil/Mexaric” səhifəsində təqdim olunan məlumatların daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Səhifənin “Göndərən” bölməsindən materialı göndərən şirkətin və ya şəxsin adı qeyd olunur.
- Yeni məlumat daxil etmək üçün “Yeni”
- Məlumatları redaktə etmək üçün isə “Dəyiş”
- Məlumatları silmək üçün isə “Sil”
- Yeni və redaktə edilmiş məlumatları təsdiq etmək üçün “OK”
- Yeni və redaktə edilmiş məlumatları ləğv etmək üçün “İmtina”
- Daxil edilmiş məlumatların doğruluğunu yoxlamaq üçün “Yenilə”
- Səhifəni bağlamaq üçün “Çıxış” düymələrindən istifadə edilir.
“AzTruck” programının “Yeni” üst menusunun “Avtomobil Sahibi” bölməsi “Medaxil/Mexaric” səhifəsində təqdim olunan məlumatların daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Daşımanı eden avtomobillərin hansı şirkətə və ya şəxsə, həmçinin sürücüyə aid olduğunu göstərmək üçün, “Avtomobil Sahibi” bölməsindən avtomobil sahiblərinin, şirkətlərin və ya sürücülərin adı qeyd olunur.
- Yeni məlumat daxil etmək üçün “Yeni”
- Məlumatları redaktə etmək üçün isə “Dəyiş”
- Məlumatları silmək üçün isə “Sil”
- Yeni və redaktə edilmiş məlumatları təsdiq etmək üçün “OK”
- Yeni və redaktə edilmiş məlumatları ləğv etmək üçün “İmtina”
- Daxil edilmiş məlumatların doğruluğunu yoxlamaq üçün “Yenilə”
Səhifəni bağlamaq üçün “Çıxış” düymələrindən istifadə edilir.
“AzTruck” programının “Yeni” üst menusunun “Avtomobil” bölməsi “Medaxil/Mexaric” səhifəsində təqdim olunan məlumatların daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Daşımanı eden avtomobillərin hansı şirkətə və ya şəxsə, həmçinin sürücüyə aid olduğunu göstərmək üçün, “Avtomobil” bölməsindən yeni avtomobilin
- Dövlət Nömrə Nişanı
- Boş çəkisi (əgər avtomobil sistemə daxil edilərkən boş çəki təyin olunarsa, avtomobil “Çəki-2” təyin etmək üçün təkrar ölçülmür. Sistem tərəfindən avtomatik qaimə hazırlanır. Boş-dolu çəkiləcək avtomobillər üçün boş çəki hər zaman “0” olaraq daxil edilir.)
- Avtomobil sahibinin, şirkətlərin və ya sürücülərin adı
- Avtomobilin qısaldılmış codu (Qısaldılmış codun, D.N.N. son 4 simyolunun istifadə edilməsi, arzuolunandır.)
- Yeni məlumat daxil etmək üçün “Yeni”
- Məlumatları redaktə etmək üçün isə “Dəyiş”
- Məlumatları silmək üçün isə “Sil”
- Yeni və redaktə edilmiş məlumatları təsdiq etmək üçün “OK”
- Yeni və redaktə edilmiş məlumatları ləğv etmək üçün “İmtina”
- Daxil edilmiş məlumatların doğruluğunu yoxlamaq üçün “Yenilə”
Səhifəni bağlamaq üçün “Çıxış” düymələrindən istifadə edilir.
“AzTruck” proqramının “Sil/Düzelt” bölməsi Operatorun səhv daxil etdiyi məlumatları silmək və düzəltmək üçün istifadə olunur, redaktə olunan və silinən məlumatlar, “Admin” girişi edən şəxs tərəfindən tam şəkildə görülə bilir. Proqram təminatının qara qutusu adlandırılan bu hissədə bütün məlumatlar Məsul şəxsə verilən şifrə vasitəsilə qorunur.
“AzTruck” proqramının “Haqqında” bölməsi Program təminatının adı
- Proqram təminatının aktivləşdirmə nömrəsi
- Proqram təminatının aid olduğu cihazın imei nömrəsi
- Proqram təminatının versiya nömrəsi
- Proqram təminatının platforma adı
- Proqram təminatı İstehsalçı şirkətinin adı
- Proqram təminatı məhsulunun növü
- Proqram təminatı məhsulunun adı kimi məlumatlar əks olunur.
Daxil edilən məlumatlara istənilən məsafədən bağlanmaq mümkündür. Tərəzinin harada olmasından asılı olmayaraq, internet bağlantısı təmin edildiyi zaman, istənilən ünvana (ofis) təyin olunmuş kompüterə məlumatların köçürülməsini təmin etmək mümkündür.
“TereziAz” proqramını hər bir kompüter üçün fərdi identifikasiya nömrəsinə əsasən yazılır, kopyalanması qadağandır.
İstifadə edilən cihazların qüsursuz işləməsi üçün istifadə olunan kompüterin anakartında COM-port girişinin olması vacibdir. Proqram təminatının hesab bölməsinin tarix metodu dd/MM/yyyy, saat metodu HH:mm:ss – dir. (komputerin “Regianal settings” bölməsindən tənzimlənir).